Şəxsiyyətlərarası münasibətlərdə cinsi fərqlər
Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratlardan ibarətdir. Bu münasibətlərə cinsi fərqlər əsaslı surətdə təsir edir. Bəs cins və ya cinsiyyət nədir? Cins insanın psixoloji xüsusiyyətlərini əks etdirən qeyri-rəsmi “Sənəd” dir. Onu təbii yolla dəyişmək olmur. Buna görə insan başqasının bütün fiziki xüsusiyyətlərini, o, cümlədən saçının və gözünün rəngini, boyunu, əllərinin və ayaqlarının ölçüsünü unuda bilər, lakin onun kişi və ya qadın olduğunu unuda bilməz. Tarixən kişi və qadın arasındakı fərqi öyrənmək insan başlanğıcının birinciliyini və üstünlüyünü sübut etmək üçün lazım olmuşdur. Əldə olunmuş nəticələr isə sübut etmişdir ki, kişi və qadın arasında bioloji fərqdən çox bioloji oxşarlıq mövcuddur. Bu isə nəsil artımı ilə əlaqədardır.
Şəxsiyyətlərarası münasibətlərdə cinsi fərqlərin əsasını isə qadın və kişilərin fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq üzərilərinə götürdükləri rollar təşkil edir. Rolları müxtəlif edən isə qadınların uşaq dünyaya gətirə bilmələri, kişilərin isə bunu edə bilməmələridir. Nəsil artırma qabiliyyətinin nəticəsi olaraq, ibtidai icma quruluşundan etibarən kişilər xarici, ətraf mühitlə mübarizənin məsuliyyətini, qadınlar isə evlə əlaqədar məsuliyyətləri daşıyırlar. İstisna deyil ki, rol bölgüsündəki bu müxtəliflik günümüzdə uşaq dünyaya gətirməyə nəzarət, ailə üzvlərinin sayının azalması, kişinin fiziki gücünün göstərməsi lazım olan situasiyaların getdikcə azalması səbəbiylə böyük ölçüdə ortadan qalxmışdır. Ancaq əvvəlki cinsi rollar yenə də davam etməkdə və həyatımıza dərindən təsir etməkdədir.
Eagly belə düşünür ki (1995) , qadınlar və kişilər sadəcə bioloji aspektdə deyil psixoloji aspektdə də bəzi fərqliliklərə sahibdirlər ( Akt. Buss, 1998). Bu psixoloji fərqlərin mənbəyi təkamül psixoloji istiqamətinə görə, kişi və qadının tarix boyu müxtəlif adaptasiya problemləri ilə qarşılaşmasıdır. Bildiyimiz kimi qadınlar hər zaman kişilərə nisbətən uşağa daha çox yatırım etməkdədir. Çünki uşağın böyüdülməsi vəzifəsi qadına məxsusdur.Lakin qadınlar heç bir zaman bunu tək edə bilməmişlər. Qida və təhlükəsizlik təlabatlarının ödənilməsi zəruridir. Xüsusilə də prenatal və çağalıq dövründə. Əslində insan nəslinin davamını, qadınların uğurlu bir şəkildə təbiətə adaptasiya olması və mübarizəsi təmin etmişdir. Tarix boyu qadınların ehtiyacları olan təlabatlarını ödəmək məqsədiylə həyat yoldaşı seçmələri ən ağıllı mübarizə strategiyası hesab olunmuşdur. Kişilər isə bir qadınla bərabər ola bilmək üçün qida, pul və sosial statuslarını artırmaq problemi ilə qarşı-qarşıya qalmışlar. Fərqli adaptasiya problemi ilə qarşılaşan kişi və qadınların psixoloji olaraq eyni olmaları mümkün deyil. Lakin bu cinsi fərqlər digərinin üstün olması mənasına da gəlmir. Əlbəttə ki, kişilər və qadınlar cəmiyyətə adaptasiya olmaq mərhələsində müxtəlif mexanizmlər inkişaf etdirmişlər. Bu səbəblə cinsi fərqlər nəzarət edilə bilməz və dəyişdirilə bilməz deyildir.
N.N.Obozov qeyd edir ki,cinsi fərqlər insan şəxsiyyətinin formalaşmasına əsaslı surətdə təsir edir. İnsanın yaşamaq meyli və həyatdakı məqsədi uşaqlıqda formalaşır. Kişilərin buna nail olmasına isə uşaqlıqdan əldə etdiyi uğurların yaratdığı özünüqiymətləndirmə kömək edir. Kişi şəxsiyyətinin formalaşmasının əsası bu və ya digər sahədə əldə etdiyi uğurlar üzərində qurulur. Qadın şəxsiyyətinin formalaşmasına isə ailə, nikah münasibətləri və uğurlu intim əlaqələr əsaslı təsir edır. "Məhəbbət qadını dəyişdirir, uğurlu məhəbbət və sağlam ailə isə onun şəxsiyyətinin formalaşmasına təsir edir” (Obozov N.N. 1995,s.36).

«Мальчики и девочки — два разных мира» (Oğlanlar və qızlar –iki ayrı dünya) adlı kitabın müəllifləri B. D. Eremova və T.P. Xrizmanın 4 yaşlı uşaqlar üzərində ensefaloqrafik aparatla apardıqları eksperimentin nəticələri sübut edir ki, oğlanlarda alın mərkəzi siqnalları ardıcıl qəbul edir və nəticəni proqramlaşdırır. Oğlanlar qısa müddətdə emosional faktorları aydın və seçici tənzimləyir. . Oğlanlardan fərqli olaraq qızlarda beyinin fəaliyyətinin aktivliyi seçici xarakterə malikdir: eşitmə və nitq mərkəzi yerləşən yarımkürədə fəaliyyət müddətində emosionallıq və ümumi aktivlik kəskin surətdə artır, beyin qabığının emosional tonusu güclənir. Bu zaman yəqinki orqanizmin mühitə bələdləşməsi prosesi ləng gedir. Kişilər isə emosional həyacandan tez yaxa qurtarır və aktiv fəaliyyətə keçirlər. Ona görə də kişilərlə qısa və konkret danışmaq daha məqsədə uyğundur. Çünki yetkin və ağıllı kişi qadın danışmağa başlayanda ondan konkret informasiya gözləyir və verilmiş informasiyadakı hər hansı bir problemin həllinə istiqamətlənir. Qadınları isə problemin həllindən çox onu diqqətlə dinlənməyə və başa düşüldüyünü hiss etməyə ehtiyacı var. Çünki, kişilər və qadınlar məlumatı harda və necə vermək vacib olduğu haqqında fərqli təsəvvürlərə malikdirlər.
Hansı aspektdən yanaşmağımızdan asılı olmayaraq cinsi fərqlər mövcuddur. Lakin bu mövcudluq üstünlük mənasına gəlmir. Sadəcə şəxsiyyətlərarası münasibətlərimizi tənzimləyə bilmək məqsədiylə bu fərqlərin fərqində olmalıyıq.
Ədəbiyyat siyahısı
1.Kamalə Salamova "Ailə psixologiyası"
2.Обозов Н.Н, "Психологическая культура отношений : Методическое пособие"
3. Özgür Güldü, Müge Ersoy-Kart “Toplumsal Cinsiyet Rolleri ve Siyasal Tutumlar: Sosyal Psikolojik Bir Deyerlendirme”
Yorumlar
Yorum Gönder