Ana içeriğe atla

Kayıtlar

Nitelikli

Şəxsiyyətlərarası münasibətlərdə cinsi fərqlər

Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratlardan ibarətdir. Bu münasibətlərə cinsi fərqlər əsaslı surətdə təsir edir. Bəs cins və ya cinsiyyət nədir? Cins insanın psixoloji xüsusiyyətlərini əks etdirən qeyri-rəsmi “Sənəd” dir. Onu təbii yolla dəyişmək olmur. Buna görə insan başqasının bütün fiziki xüsusiyyətlərini, o, cümlədən  saçının və gözünün  rəngini, boyunu, əllərinin və  ayaqlarının ölçüsünü unuda bilər, lakin onun kişi və ya qadın olduğunu unuda bilməz. Tarixən kişi və qadın arasındakı fərqi öyrənmək insan başlanğıcının birinciliyini və üstünlüyünü sübut etmək üçün lazım olmuşdur. Əldə olunmuş  nəticələr isə sübut etmişdir ki, kişi və qadın arasında bioloji fərqdən çox bioloji oxşarlıq mövcuddur. Bu isə nəsil artımı ilə əlaqədardır. Şəxsiyyətlərarası münasibətlərdə cinsi fərqlərin əsasını isə qadın və kişilərin fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq üzərilərinə göt...

En Son Yayınlar